Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

Kremlin mətbuat xidməti verdiyi məlumata görə, telefon danışığı zamanı Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan Atom enerjisi üzrə Beynəlxalq Agentliyin Zaporojye AES-ə missiyasının təşkilində Rusiyanın konstruktiv rolunu qeyd edib.

Tərəflər taxıl sazişinin gedişatını da müzakirə ediblər.

Putin və Ərdoğan Rusiya və Türkiyə arasında ikitərəfli münasibətlərdən də danışıblar və Ərdoğan Mixail Qorbaçovun vəfatı ilə bağlı başsağlığı verib.
 

.