Bu gün Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kartis Skaparotti arasında telefon danışığı olub.

ТASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Telefon danışığı NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanının təşəbbüsü ilə baş tutub. K. Skaparotti V. Gerasimova görüş keçirməyi təklif edib. V. Gerasimov görüş keçirilməsi barədə təklifi dəstəkləyib.
.