"RİA Novosti" agentliyiin verdiyi məlumata görə, Rusiya və İran arasında yeni imzalanması gözlənilən neft razılaşması xəbəri ABŞ tərəfindən birmənalı qarşılanmayıb. Ağ Ev-in sözçüsü Cey Karni mövzu ilə bağlı deyib ki, əgər belə bir razılaşma baş verərsə, onda həmin ölkələrə sanksiya tətbiq oluna bilər. "İran və Rusiya arasında yeni neft anlaşması "Altılıq" ölkələri ilə əldə edilən razılaşmaya zidd olacaq. Belə olan təqdirdə ABŞ rəhbərliyi də şirkət və fiziki şəxslərə sanksiya tətbiq etməyi işə salacaq.",-deyə Ağ Ev rəsmisi əlavə edib.
Ötən gün "Reuters" agentliyi Rusiyanın rəsmi Tehrandan hər gün 500 min barrel neft almağa hazırlaşması barədə məlumat dərc etmişdi. Rəsmi Moskva yeni neft razılaşması müqabilində İrana avadanlıq və mal vermək niyyətindədir.
Bu arada İranın Neft Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əkbər Nemətullah bildirib ki, Rusiya ilə neft razılaşması barədə mediada yayılan məlumatlar həqiqəti əks etdirmir.
.
