Rusiya və Gürcüstan arasında diplomatik danışıqlar davam edir.

 TASS xəbər verir ki, bu barədə Rusiya Federasiyasının senatoru, diplomat Qriqori Karasin məlumat verib.

O, Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə telefon və videokonfrans rejimində ünsiyyət saxladığını əlavə edib.

“Abaşidze ilə yaxın aylarda görüşə ümid edirəm. Rusiya Gürcüstanla hava əlaqəsinin bərpa olunmasının müzakirəsinə başlamaq istəyir”, - o deyib.

Bundan başqa, Qriqori Karasin Rusiya Federasiyasının gürcüstanlı həmkarları ilə Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi barədə referendumu müzakirə etdiklərini də deyib.

.