Rusiya və Fransa müdafiə nazirləri arasında telefon danışığı olub.
Rusiya Müdafiə Nazirliyi verdiyi məlumata görə, Rusiya MN başçısı Sergey Şoyqu fransalı həmkarı Sebastyan Lekornyu ilə Zaporojiy Atom Elektrik Stansiyası (AES) ətrafında vəziyyəti müzakirə edib.
“Şoyqu fransalı həmkarına Zaporojiy AES kontekstində Ukraynanın hərəkətlərini dəyərləndirib, MAQATE əməkdaşlarının stansiyaya səfərinin vacibliyini qeyd edib” – Rusiya MN-nin yaydığı məlumatda qeyd olunub.
.
