Son beş ildə Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb. Yenizaman.az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Yekaterinburqda işinə başlayan Rusiya-Azərbaycan regionlararası forumundakı çıxışında Rusiya iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski bildirib.
"2014-ci ilin yekununa görə, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi tarixdə ən yüksək səviyyəyə çataraq 4 milyard ABŞ dollarını ötüb", - A.Tsıbulskı bildirib.
Onun sözlərinə görə, ötən ilin qlobal obyektiv çətinliklərinə baxmayaraq, ikitərəfli müsbət ticarət dinamikası bütün MDB ölkələri arasında ən yüksək səviyyədə olub.
.