Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və onun amerikalı həmkarı Lloyd Ceyms Ostin arasında telefon danışığı olub.

RİA “Novosti” verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“2022-ci il yanvarın 6-da Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Ceyms Ostin arasında telefon danışığı olub. Danışıqlar zamanı tərəfləri maraqlandıran təhlükəsizlik məsələləri müzakirə olunub”, - Rusiya MN-in məlumatında bildirilib.

.