
Rusiyada narkotik qaçaqmalçılığına görə həbsdə olan ABŞ vətəndaşı Mark Fogel iki ölkə arasında razılaşmaların əldə edilməsi nəticəsində azad edilib.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
O, ABŞ-yə uçmaq üçün Vnukovo hava limanında pasportunu alıb.
Qeyd edək ki, fevralın 13-də Rusiya vətəndaşı Aleksandr Vinnik Rusiyaya qaytarılıb. Vaşinqton onu Fogelin qarşılığında Moskvaya təhvil verib. “BTC-e” kriptovalyuta birjasının həmtəsisçisi olan Vinnik ABŞ-də çirkli pulların yuyulmasında ittiham olunurdu.
.