Rusiya Hava Hücumundan Müdafiə Sistemləri ötən sutka ərzində iki MiQ-29 döyüş təyyarəsini, həmçinin Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bir Mi-8 helikopteri və 11 pilotsuz uçuş aparatını vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
“Rusiyanın hava hücumundan müdafiə sistemləri Nikolayev vilayətinin Snegirevka yaşayış məntəqəsi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki MiQ-29 təyyarəsini, həmçinin Nikolayev vilayətinin Belaya Krinitsa yaşayış məntəqəsi yaxınlığında Mi-8 helikopterini vurub. Bundan əlavə, Rusiya hava hücumundan müdafiə sistemləri "DXR" regionunda, Xarkov və Xerson vilayətlərində 11 Ukrayna pilotsuz uçuş aparatını vurub", deyə Rusiya MN sözçüsü vurğulayıb.

Rusiya aviasiyası Ukrayna hərbi texnikalarının təmir olunduğu zavodu vurub

Rusiya aviasiyası yüksək dəqiqlikli raketlərlə Xarkovdakı Ukrayna Silahlı Qüvvələrinin texnikasının təmir olunduğu hərbi zavodu vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Xarkov vilayətində yüksək dəqiqlikli havadan buraxılan raketlər zirehli zavodu vurub, həmin zavodun sexlərində Ukrayna Silahlı Qüvvələrinə məxsus tankların və digər zirehli texnikanın təmiri və bərpası işləri aparılıb.

Bundan başqa, iki komanda məntəqəsi, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 13 ərazi, həmçinin Xarkov vilayətində “Uraqan” reaktiv yaylım atəşi sistemlərinin batareyası vurulub. Həmçinin, Xarkov vilayətinin Malinovka, "DXR"in Spornoe, "LNR"in Zvanovka rayonlarında silah və döyüş sursatları olan dörd anbar məhv edilib", - deyə Rusiya MN sözçüsü vurğulayıb.

.