Ukrayna Silahlı Qüvvələri iyulda "Wildberries"in 11 iri anbar və logistika mərkəzinə hücum edib.

Bu, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnikin məruzəsində deyilir.

"Ümumilikdə iyul ayında Ukrayna Silahlı Qüvvələri tərəfindən "Wildberries" şəbəkəsinin 11 iri anbarı və logistika mərkəzi məqsədyönlü şəkildə hücuma məruz qalıb", - məruzədə bildirilir.

Zərbələr nəticəsində yüz minlərlə kvadratmetr anbar sahəsi, yüzlərlə texnika və onlarla tikili yanıb.

.