Rusiyanın aviasiya və raket qoşunları son sutka ərzində Ukraynanın hərbi texnikasının cəmləşdiyi 23 rayonu məhv edib.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Martın 27-də sutka ərzində operativ-taktiki aviasiya və raket qoşunları Ukraynanın 36 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, iki zenit-raket kompleksi, reaktiv yaylım atəşi sisteminin bir qurğusu, üç silah-sursat anbarı, iki yanacaq-sürtkü anbarı və Ukrayna hərbi texnikasının cəmləşdiyi 23 rayon var”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.
.
