Rusiya Ukrayna ilə müharibədə ələ keçirdiyi NATO texnikasının Moskvadakı səfirliklər önündə sərgisini təşkil edəcək.
Bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Dumanın müdafiə komitəsinin rəhbəri Andrey Kartapolova tapşırıq verib.
Volodin Kartapolova Müdafiə Nazirliyi ilə birlikdə Ukraynanı təchiz edən ölkələrin səfirliklərində döyüşlərdə ələ keçirilmiş və sıradan çıxarılmış NATO texnikasının sərgisinin təşkil etmək tapşırıb.
Qeyd edək ki, belə bir sərginin təşkili ilə bağlı Dumanın kommunist fraksiyasının deputatı Vladimir İsakov Rusiya Müdafiə Nazirliyinə müraciət etmək təklifi ilə çıxış edib.
.
