Rusiya Federasiyasının raket və artilleriya qoşunları gün ərzində Ukraynanın 1001 hərbi obyektinə zərbələr endirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Raket və artilleriya qoşunları bir gün ərzində Ukraynanın 1001 hərbi obyektinə zərbələr endirib. Onların arasında Mayaki, Dibrovnoye, Mazanovka, Dolina Krasnopolye, Velyka Kamışevaxa, Çepolye, Çepolye qəsəbələrində 58 komanda məntəqəsi, Ukrayna artilleriyasının 162 atəş mövqeyi, o cümlədən 771 dayaq məntəqəsi, canlı qüvvə və Ukrayna hərbi texnikasının Paşkovka, Dmitrovka, Novaya Dmitrovka, Vısoki, Çernoqlazovka, Slatino, Zoloçiv, Partizanskoye, Aleksandrovka, həmçinin Nikolaev vilayətinin Şevçenkovo yaşayış məntəqəsində cəmləşdiyi ərazilər var", -Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov Rusiya əməliyyat-taktiki və ordu aviasiyası bir gecədə Ukrayna qoşunlarının canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 20 əraziyə zərbələr endirdiyini də söyləyib:

"Rusiya hava kosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası gecə ərzində Şnurki, Novonikolaevka, Aleksandrovka yaşayış məntəqələri ərazilərində canlı qüvvə və Ukrayna hərbi texnikasının cəmləşdiyi 20 ərazini vurub. Bundan başqa, son sutka ərzində Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynanın 13 pilotsuz uçuş aparatını, həmçinin bir “Toçka-U” taktiki raketini vurub“.

.