Rusiya Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstanda vəziyyətin sabitləşməsi ilə bağlı mövqeyini müsbət qiymətləndirir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə yanvarın 11-də TDT xarici işlər nazirlərinin növbədənkənar iclasında qəbul edilmiş bəyanata münasibət bildirərkən deyib.

Zaxarova, ilk növbədə bu bəyanatda Qazaxıstanın müstəqilliyinə verilən dəstəyin vacibliyini vurğulayıb.

.