Rusiya Türkiyənin Suriyada həyata keçirdiyi "Fırat Kalkanı” əməliyyatına ilk dəfə münasibət bildirib.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bunun Rusiya Müdafiə Nazirliyinin səlahiyyətli şəxsləri tərəfindən dəyərləndirilə biləcək mövzu olduğunu açıqlayıb:
Türkiyə ilə Suriya mövzusunda həm ikitərəfli, həm də Moskva-Tehran-Ankara üçlüsü olaraq əlaqə saxlayırıq. Türkiyəli həmkarlarımızla fəal şəkildə çalışırıq. Bu əməkdaşlığı çətinliklər olmasına baxmayaraq konstruktiv olaraq dəyərləndiririk.
Zaxarova aprelin 14-də Moskvada təşkil ediləcək Əfqanıstanla bağlı toplantıda ABŞ-ın iştirak etməyəcəyini və bununla bağlı kədərli olduqlarını qeyd edib:
Əfqanıstan, Hindistan, İran, Çin, Pakistan, Orta Asiya ölkələri və ABŞ-ı dəvət etmişik. ABŞ-ın toplantıda iştirak etməkdən imtina etməsinə görə kədərliyik. ABŞ Əfqanıstan mövzusunda vacib faktordur. Buna görə də, toplantıda iştirak etməsi, silahlı mübarizənin başa çatdırılıb müzakirələrə başlanması üçün Əfqanıstandakı silahlı müxalifətə göndərilmiş bir siqnal olardı. Lakin bu, onların qərarıdır.
