"Rəsmi Moskva Haaqa və Ankaranı iki ölkə arasında yaranan gərginliyin aradan qaldırılmasında təmkinli olmağa və konstruktizmə çağırır”.

"Tass” agentliyi xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, rəsmi Kreml gərginliyin nizama salınmasında vasitəçilərin kömək edə biləcəyini düşünmür:

"Bu vəziyyətdən yalnız bu iki ölkə çıxa bilər”.

İki ölkə arasındakı münasibətlər Hollandiyanın Türkiyə Baş naziri Mövlud Çavuşoğlunu ölkəyə buraxmaqdan imtina etməsindən sonra gərginləşib. Daha sonra Türkiyənin ailə və sosial siyasətlər naziri Fatma Betül Sayan Kaya da ölkədən çıxarılıb.



.