Rusiya aviasiyası Ukraynada Amerikanın M777 haubitsaları üçün nəzərdə tutulmuş mərmi anbarını məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Ötən sutka ərzində yüksək dəqiqlikli havadan buraxılan raketlərlə üç komanda məntəqəsi, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 36 ərazi, Soledar yaşayış məntəqəsi ərazisində 14-cü mexanikləşdirilmiş briqadanın özüyeriyən artilleriya alayı, altı sursat anbarı, o cümlədən Razdolovkada Amerikanın M-777 haubitsaları üçün 155 mm-lik mərmilərdən ibarət böyük silah-sursat anbar vurulub", - deyə Rusiya MN sözçüsü qeyd edib.

.