"İnterfax" agentliyinin verdiyi məlumata görə, Ukraynanın Donetsk və Xarkov şəhərlərində Rusiya meyilli əhali yenidən etiraz aksiyası keçirib. Minlərlə insan şəhərlərin Ukraynadan ayrılaraq Rusiyanın tərkib hissəsinə qatılmağı tələb ediblər.
Donetsk şəhər rəhbərliyinin binasına daxil olan yüzə yaxın şəxs isə təcili referendumun keçirilməsini istəyiblər. Bundan sonra administrativ binanın qarşısındakı Ukrayna bayrağı aşağı endirilərək yerinə Rusiya bayrağı ucaldılıb.
Xarkovda "Azadlıq" meydanında yerləşən "Lenin" heykəli qarşısında toplaşan sakinlər də əllərində Rusiya bayrağı ilə "Berkut"a dəstək verib və "Rusiya, Ukrayna, Belarus, Bir xalq!" plakatları ilə "Maydan" iştirakçılarına və həmçinin hal hazırki Ukrayna hakimiyyətinə etiraz ediblər.
.