Rusiya təhlükəsizlik təminatları ilə bağlı ABŞ-ın təkliflərinə yazılı cavab verib.

RİA Novosti xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Moskva Mərkəzi-Şərqi və Cənub-Şərqi (Avropa və Baltikyanı ölkələrdə yerləşdirilən bütün ABŞ silahlı qüvvələrinin və silahlarının çıxarılmasında israrlıdır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş Amerika tərəfinin təhlükəsizlik zəmanətləri ilə bağlı cavabına yazılı reaksiyada deyilir.

"Biz ABŞ-ın Mərkəzi-Şərqi, Cənub-Şərqi və Baltikyanı ölkələrdə yerləşdirilən bütün silahlı qüvvələrinin və silahlarının çıxarılmasında israr edirik. Əminik ki, bu zonalarda milli potensial kifayət qədərdir. Biz bu mövzunu Rusiya müqavilə layihəsinin 4-cü və 5-ci maddələr əsasında müzakirə etməyə hazırıq”, - deyə sənəddə deyilir.

.