Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsini keçirib.

Müşavirədə Əfqanıstandakı vəziyyət müzakirə olunub.

“Sizinlə Əfqanıstanda baş verən hadisələrlə bağlı vəziyyəti müzakirə etməyə, tərəfdaşlarımızla məsləhətləşmələrə və bu təmaslarımız haqqında məlumat mübadiləsinə davam edəcəyik. Diplomatik, hərbi və humanitar sahələrdəki işlər də daxil olmaqla bütün məsələlərdən bəhs edəcəyik”, - deyə Rusiya Prezidenti Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsinə başlayıb.
 

.