Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns arasında görüş olub.

TASS verdiyi xəbərə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

N. Patruşev və U. Berns arasında görüş Moskvada keçirilib.

“Tərəflər ABŞ-Rusiya əlaqələrini müzakirə ediblər”, - məlumatda qeyd olunub.

.