Nüvə müharibəsinə heç vaxt başlamaq olmaz, çünki belə bir qarşıdurmada qalib tərəf ola bilməz.

TASS xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov “Karib böhranı”nın 60 illiyinə həsr edilmiş konfrans zamanı deyib.

“Biz dəfələrlə məlum formula sadiqliyimizi bəyan etmişik və indi də təkrar edirik ki, nüvə müharibəsində qalib tərəf ola bilməz və bu, heç zaman baş verməməlidir”, - Venediktov bildirib.

O həmçinin qeyd edib ki, Rusiya dünya ölkələrinin hər hansı biri tərəfindən nüvə raketlərinin tətbiq edilməsi riskinin minimuma endirilməsi üçün hər bir addımı atır.

.