Rusiya təhlükəsizlik qüvvələri Bryansk vilayətinə soxulmağa cəhd edən bir qrup əcnəbi diversantı məhv edib.
Bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Bryansk vilayətinin Klimovski rayonunda təxribat-kəşfiyyat qrupunun dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb.
"Toqquşma nəticəsində dörd diversant məhv edilib, geri çəkilən qrupun qalıqlarına isə raket və artilleriya zərbələri endirilib. Əməliyyat oktyabrın 27-də FSB-nin Bryansk vilayəti üzrə Sərhəd İdarəsinin əməkdaşları silahlı qüvvələrin bölmələri və Rusiya Qvardiyasının əməkdaşları tərəfindən həyata keçirilib”, - deyə məlumatda qeyd olunub.
O da bildirilib ki, öldürülən diversantların üzərindən xarici silah, texnika və rabitə vasitələri aşkar edilib.
Bundan əlavə, aşkar edilmiş şəxsi əşyalar - Kanada bayrağı, polyak dilində dua kitabı, ingilis dilində taktiki təlimlərə dair qeydləri olan dəftər onların üçüncü ölkələrlə bağlılığını göstərir.
Xarici muzdlulardan birinin bədənində ABŞ Ordusunun Quru Qoşunlarınln Xüsusi təyinatlılarının Paraşüt Kəşfiyyat Alayının elit 75-ci Reyncer alayının döyməsi olub.
.