Rusiya prezidenti Vladimir Putin Suriyanın Tartus şəhərindəki hərbi dəniz bazasının genişləndirilməsi ilə bağlı müqaviləni Dövlət Dumasına təqdim edib.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Kremlin mətbuat xidmətindən bildirilib.

Rusiya ilə Suriya arasında imzalanan 49 illik razılaşmada hərbi-dəniz bazasının genişləndirilməsi nəzərdə tutulur.
.