"Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşı Orxan Əsgərovun ölüm xəbəri bizə çox pis təsir etdi".

Bunu Rusiyanın Azərbaycandakı səfirliyi “Telegram”da yazıb.

“Azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Ümid edirik ki, bu faciəvi hadisə hərtərəfli araşdırılacaq və günahkarlar cəzalandırılacaq” – səfirlik qeyd edib.

.