“ABŞ-ın “Şimal axını-2” layihəsinə qarşı hərəkətləri beynəlxalq hüququ pozur və sərbəst bazar münasibətləri prinsipinə ziddir”.
TASS xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.
Səfir deyib ki, Birləşmiş Ştatlar Rusiya Federasiyası ilə münasibətləri daha da "sarsıtmaq" kursunu kor-koranə izləməyə davam edir və bunun nəticələri barədə düşünmür.
O, ABŞ-ın “Şimal axını 2”yə qarşı tətbiq etdiyi yeni sanksiyaları yanacaq tədarükçüləri üçün rəqabət üstünlüyünü əldə etmək cəhdi adlandırıb: “Birləşmiş Ştatların qeyri-konstruktiv addımları qlobal sabitliyin möhkəmlənməsinə kömək etməyəcək. Bu sanksiyalar Vaşinqtonun Cenevrə sammitində əldə edilən anlaşmaları həyata keçirmək üçün iradəsinin olmadığını göstərir”.
