“3+3” formatı çərçivəsində növbəti görüşlər Bakı və İrəvanda keçirilməlidir.

Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

Onun sözlərinə görə, bu görüşlərin ardıcıllığı tərəflər arasında razılaşdırılacaq.

Diplomat əlavə edib ki, bu formatda yalnız iqtisadi və nəqliyyat məsələləri deyil, eyni zamanda, regional təhlükəsizlik məsələləri də müzakirə oluna bilər:

"Bu sahədə Qərbin təşəbbüslərinə alternativ yanaşmaların irəli sürülməsi mümkündür. Ümid edirik ki, erməni tərəfdaşlar Qərbdəki "rusiyafob" dairələrin onların ölkəsindən Rusiya Federasiyasına qarşı regionda "ikinci cəbhə" açmaq üçün istifadə etməsinə yol verməyəcək və Avrasiya inteqrasiyası proseslərindəki iştiraklarını sarsıtmayacaqlar".

.