Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hökumətinin Roma statutunu parlamentə ratifikasiya üçün göndərməsinə münasibət bildirib.

 Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə rəsmi İrəvanın bu addımının Rusiya-Ermənistan münasibətlərinə necə təsir edəcəyi ilə bağlı suala cavab verib, bildirib ki, Rusiya Ermənistan tərəfindən bu haqda izahat istəyib.

“İrəvanın təqdim edəcəyi cavabın məzmunundan çıxış edərək gələcək addımlarımızı müəyyən edəcəyik”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.

.