Rusiya ordusu Ukrayna ərazisinə daxil olaraq hökumət əleyhinə keçirilən aksiyalara müdaxilə edə bilər. Buna səbəb Sevastopol şəhər sovetinin deputatı Sergey Smolyaninovun ölkəyə Rusiya qoşunlarının yeridilməsi təşəbbüsü ilə çıxış etməsidir. Bu bardə Ukrayna KİV-nin məlumatına görə, Sergey Smolyaninov bildirib ki, Ukraynada Qərb xüsusi xidmət orqanları və onların casusları tərəfindən hakimiyyətin devrilməsi prosesi gedir.
Xatırladaq ki, ukraynalı deputata rus ordusunun ölkədə daxil olmasını birbaşa prezident Vladimir Putindən istəyib. Sergey Smolyaninov müraciətində bunları qeyd edib: "Ölkənin suverenliyinin, Krımın rus əhalisinin və Ukraynanın digər regionlarının qorunması üçün hərbi və digər yardımlar etməyinizi xahiş edirəm. ABŞ və NATO təcavüzkarlarından qorunmağımız məqsədilə Rusiya Silahlı Qüvvələrinin Ukraynaya yeridilməsini Ukrayna hökuməti ilə razılaşdırın."
.
