«Rusiyanın milli maraqlarını qoruma naminə miqrant axını gələn bir sıra qonşu ölkələrlə viza rejimi tətbiq etmək lazımdır». Bu barədə baş nazirin müavini Dmitriy Kozak müsahibəsi zamanı bəyan edib. Mətnin stenoqramı RF-nın rəsmi hökumət saytında dərc olunub.
«Hesab edirəm ki, bütün dünyada olduğu kimi bu dövlətlərin sosial –iqtisadi inkişaf səviyyəsi müxtəlifdir. Biz miqrant axınını viza rejimi ilə nizamlaya bilməsək, ölkəmizi millətlərarası münasqişələrdən qoruya bilmərik», - deyə o, bildirib.
Kozaikin sözlərinə görə vizalar artıq yaxın gələcəkdə tətbiq olunacaq: «Bu, həmçinin ona görə lazımdır ki, Rusiya Avropa Birliyi ilə vizasız rejim barədə danışıqlar aparır.
.
