Rusiya qazını Avropaya ixrac edən “Türk axımı” qaz kəmərinin Serbiya qismi istifadəyə verilib.

“RİA Novosti” agentliyi verdiyi məlumata görə, qaz kəmərinin istifadəyə verilməsi ilə bağlı Qospocints kəndində keçirilən rəsmi mərasimdə Serbiya Prezidenti Aleksandr Vuçiç, Rusiyanın Serbiyadakı səfiri Aleksandr Botsan-Xarçenko  iştirak edib.

A. Vuçiç çıxışında bu kəmərin Serbiya üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Daha sonra kəmər Serbiyanın qaz təchizatı sisteminə qoşulub.

“Türk axımı”nın ikinci qolu Rusiya qazını Cənubi və Cənub-Şərqi Avropaya nəql etmək üçün nəzərdə tutulub. Kəmər Bolqarıstan, Serbiya və Macarıstan ərazisindən keçir. Serbiya ərazisində kəmərin uzunluğu 402 kilometr, ötürücülük qabiliyyəti il ərzində 13,88 milyard kubmetrdir.
 

.