Rusiya Hərbi-Dəniz Qüvvələrinə məxsus Su-24 qırıcı təyyarəsi Qara dənizin İlan adasının şərqində Ukrayna Silahlı Qüvvələrinin daha bir hərbi katerini ekipajı ilə birlikdə məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
“2023-cü il avqustun 30-da Qara dənizin İlan adasının şərqində Su-24 hərbi-dəniz aviasiya təyyarəsi Ukrayna Silahlı Qüvvələrinin daha bir katerini ekipajı ilə birlikdə məhv edib", - deyə Rusiya MN-nin məlumatında qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat yayaraq Qara Dəniz Donanmasının hərbi-dəniz aviasiyasına məxsus təyyarəsinin Qara dənizdə Ukrayna Silahlı Qüvvələrinin desant qüvvələri ilə ümumi sayı 50 nəfərə qədər olan dörd yüksəksürətli hərbi katerini məhv etdiyini açıqlayıb. Daha sonra qurum İlan adasının şərqində ekipajı olan daha bir qayığın məhv edildiyini bəyan edib.
.
