Rusiya pilotsuz uçuş aparatını (PUA) 5 kilometr məsafədə 5 saniyə ərzində yandıra bilən lazeri sınaqdan keçirib.

Bu barədə Rusiya Baş nazirin müavini Yuri Borisov bildirib.

“Biz daha böyük gücə malik olan və müxtəlif vasitələrin istiliklə məhv edilməsinə imkan verən lazer sistemlərini işləyib hazırlamışıq və praktiki olaraq kütləvi istehsal edirik”, - Rusiya Baş nazirinin müavini vurğulayıb.

.