Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında Soçidə görüş keçirilib.

RİA Novosti xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Beş saatdan çox davam edən görüşdə iqtisadi məsələlər, ikitərəfli əlaqələrin inkişafı, həmçinin, mayın 23-də Minskə təcili eniş edən “Ryanair” təyyarəsi ilə bağlı məsələlər müzakirə edilib.

Lukaşenko Qərb ölkələrinin “Ryanair” təyyarəsi ilə bağlı davranışlarından söz açaraq, 2020-ci ilin avqustunda olduğu kimi, ölkədəki sabitliyi pozmaq cəhdindən danışıb.

Bildirilib ki, təyyarənin məcburi eniş etməsi məsələsinə gəldikdə Belarus tərəfi bununla razılaşmır, iddia edilir ki, ekipaj komandiri özü bu barədə qərar verib.

.