“Putin inflyasiyası” ilə bağlı bəyanatlar “oxumağı və yazmağı bilməyənlər” üçün nəzərdə tutulub, Rusiyanın Donbasdakı hərəkətlərinin bununla heç bir əlaqəsi yoxdur.

Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında çıxışında bildirib. O, dünya iqtisadiyyatında mövcud olan hazırkı durumun Ukraynadakı hərbi əməliyyatlarla bağlı olmadığını söyləyib.

“Son vaxtlar mən getdikcə daha çox sözdə, bağışlayın, özümü qeyd etməyi xoşlamıram, amma deməyə bilmərəm ki, biz hamımız Qərbdə “Putin inflyasiyası” haqqında eşitmişik. Bunu görəndə həmişə düşünürəm: "Bu axmaqlıq kimə hesablanıb? Oxuyub yazmağı bilməyənlər üçün... Ən azından oxumağı bilən insanlar nə baş verdiyini həqiqətən başa düşürlər. Donbası azad etmək üçün etdiyimiz hərəkətlərin buna qətiyyən heç bir aidiyyatı yoxdur”, - deyə Rusiya prezidenti vurğulayıb.

.