Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin (SQ) Rostov-Don qrupunun qərargahında müşavirə keçirib.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya lideri SQ Baş Qərargah rəisi Valeri Gerasimovun, Ukraynadakı hərbi əməliyyatların müxtəlif istiqamətlərinə rəhbərlik edən komandirlərin və Rostov-Don qrupunun yüksək rütbəli zabitlərinin məruzələrini dinləyib.
.
