Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Mərkəzi Bank pul siyasətini sərtləşdirməsə, ölkədə vəziyyət Türkiyədəki kimi olacaq.

Bu barədə o, illik mətbuat konfransında deyib.

“Əlbəttə, burada Mərkəzi Bankı qınamaq olar və mən bu barədə məlumatlıyam... Mən hər gün iqtisadi sektordan olan əməkdaşlarla əlaqə saxlayıram. Mən onların Mərkəzi Bankı necə qınadıqlarını bilirəm, arqumentlərindən də məlumatlıyam... Uçot dərəcəsinin artırılmasından real sektorun narazılığını bilirəm. Amma bu edilməzsə, bizdə Türkiyədəki kimi ola bilər, problem budur”, - deyə Putin vurğulayıb.

.