Moskva Bayden administrasiyasının Rusiya vətəndaşlarına qarşı genişlənən şəxsi sanksiyalarına cavab olaraq ABŞ Konqresinin üzvlərindən, yüksək rütbəli məmurlardan, biznes və ekspert icmalarının nümayəndələrindən, eləcə də mədəniyyət xadimlərindən olan daha bir qrup şəxsə qarşı sanksiya tətbiq edib.

Rusiya Xarici İşlər Nazirliyi verdiyi məlumata görə, ümumilikdə 25 nəfər ABŞ vətəndaşının Rusiya Federasiyasına daimi əsaslarla giriş qadağan olunub.

Rusiya XİN-nin siyahısında "stop siyahısı"na daxil edilmiş Amerika vətəndaşlarının adları açıqlanıb. Belə ki, Rusiyanın qara siyahısına düşən ABŞ vətəndaşları arasında tanınmış aktyorlar Şon Pen və Ben Stiller, eləcə də, tanınmış siyasi ekspert Pol Qobl da var.

.