Rusiya millisi Pekin-2022 Qış Olimpiya Oyunlarında da olimpiya komitəsinin bayrağı altında çıxış edəcək.

Bunu Rusiya Olimpiya Komitəsinin (ROK) prezidenti Stanislav Pozdnyakov açıqlayıb.

O bildirib ki, şimal qonşularımız Çinin paytaxtında da Tokio-2020-də olduğu kimi eyni bayraq və eyni musiqi ilə çıxış edəcək: “Pekin üçün formalar artıq razılaşdırılmaq mərhələsindədir. Digər məsələlər isə dəyişməz qalacaq. ROK-un bayrağı altında çıxış edəcəyik və himni əvəzinə Çaykovskinin dahi əsəri əvəzləyəcək. Əksər həmkarlarım məhz bu kompozisiyanın seçildiyi üçün bizə təşəkkür etdi”.

Qeyd edək ki, İdman Arbitraj Məhkəməsi (CAS) 2020-ci il dekabrın 17-də verdiyi qərarla Rusiya idmançılarını 2022-ci il dekabrın 16-dək dövlət bayrağı altında çıxış etməkdən məhrum edib. Pekin-2020 isə 2022-ci il fevralın 4-20-də təşkil olunacaq.

.