Rusiya ordusunda üç yeni qoşun birləşməsi yaradılıb.
“Qazeta.ru”un xəbərinə görə, bu barədə adı çəkilən ölkənin müdafiə naziri Andrey Belousov Sərhədyanı Bölgələrin Təhlükəsizliyi üzrə Koordinasiya Şurasının iclasında bildirib.
O deyib ki, “Belqorod”, “Bryansk” və “Kursk” hərbi birləşmələri sərhədyanı əraziləri və bu bölgələrdə yaşayan vətəndaşların pilotsuz uçuş aparatları və digər vasitələrlə törədilən hücumlardan müdafiəsini təşkil edəcək.
A. Belousovun sözlərinə görə, bununla da Rusiya ordusunda hərbi birləşmələrin sayı doqquza çatdırılıb.
.