Rusiya ordusunun raket zərbəsi nəticəsində Dnepropetrovsk vilayətində Ukraynaya məxsus komanda məntəqəsi və silah anbarı məhv edilib.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general -mayor İqor Konaşenkov bildirib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 143 təyyarə, 112 helikopter, 600 pilotsuz uçuş aparatı, 2678 tank, 308 YARS və 2503 ədəd xüsusi təyinatlı hərbi texnikası da məhv edilib"-, deyə Rusiya MN sözçüsü vurğulayıb.

.