
Rusiya Federasiyasının ABŞ-ın Nyu-York şəhərində yeni Baş konsulu təyin edilib.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin əmri ilə Aleksey Gennadyeviç Markov yeni Baş konsul vəzifəsinə təyin olunub.
Rusiya XİN-dən bildirilib ki, Markov 2003-cü ildən diplomatik xidmətdədir. O, Nazirliyin mərkəzi aparatında və xaricdə müxtəlif vəzifələrdə çalışıb.
.