Yanvarın 12-nə təyin edilmiş Rusiya – NATO Şurasının iclasının gündəliyinə Avropada təhlükəsizlik, Ukraynadakı vəziyyət və hərbi şəffaflıqla bağlı məsələlər daxildir.

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq sosial media hesabında yazıb.

“Mən Avropada təhlükəsizlik, Ukraynada son vəziyyət, risklərin azaldılması və qarşılıqlı şəffaflıq məsələlərini müzakirə etmək üçün yanvarın 12-nə Rusiya – NATO Şurasının iclasını çağırdım” – deyə, Alyansın rəhbəri bildirib.

.