Rusiya Silahlı Qüvvələrinin Ukrayna hərbi-sənaye kompleksi müəssisələrinə zərbə endirməsi zamanı Rusiya Polşadakı hədəfləri vurmağı planlaşdırmayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Zərbədə istifadə edilən və Polşa ilə sərhədi keçdiyi iddia edilən Rusiya PUA-larının maksimal uçuş məsafəsi 700 km-dən çox deyil. Rusiya Müdafiə Nazirliyi “mövzu ilə bağlı” Polşa ilə məsləhətləşmələr aparmağa hazırdır”, - Rusiya MN-in açıqlamasında qeyd olunub.

Qurumdan o da bildirilib ki, ötən gecə Rusiya qoşunları Ukraynanın İvano-Frankivsk, Xmelnitski, Jitomir, Vinnitsa və Lvov vilayətlərində müdafiə müəssisələrinə, o cümlədən zirehli texnika və aviasiya zavoduna zərbələr endirib.

.