Qərbin göstərdiyi təzyiq və Kiyevə dəstəyinə baxmayaraq, Rusiya Ukraynada xüsusi əməliyyatı davam etdirəcək.

Bunu KTMT Müdafiə Nazirləri Şurasının iclasında çıxış edən Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

“Qərbin Kiyev rejiminə genişmiqyaslı yardımına və Rusiyaya qarşı sanksiyalar təzyiqinə baxmayaraq, biz bütün tapşırıqlar yerinə yetirilənə qədər xüsusi hərbi əməliyyatı davam etdirəcəyik”, deyə Rusiya MN başçısı vurğulayıb.

Şoyqu Ukraynada hərbi əməliyyatın tempinin ləngimə səbəbini açıqlayıb

Rusiya mülki əhalinin təxliyəsinə imkan vermək və tələfatına yol verməmək üçün Ukraynada xüsusi əməliyyatın keçirilməsi tempini bilərəkdən ləngidir.

Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

Sakinlərin mühasirəyə alınmış yaşayış məntəqələrini tərk etməsi üçün sükut rejimləri elan edilir və humanitar dəhlizlər yaradılır”, - deyə o, KTMT-nin Müdafiə Nazirliyinin rəhbərləri şurasının iclasında vurğulayıb.

Şoyqu qeyd edib ki, Rusiya qoşunları, Ukrayna Silahlı Qüvvələrindən fərqli olaraq, mülki əhalinin ola biləcəyi mülki infrastruktura zərbələr endirmir. Onun sözlərinə görə, düşmənin atəş mövqeləri və hərbi obyektləri yüksək dəqiqlikli silahların köməyi ilə vurulur.

Şoyqu: “Ukraynanın nüvə silahı yaratması ilə bağlı real təhlükə var idi”

Ukraynanın nüvə silahı yaratması ilə bağlı real təhlükə var idi.

Bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu KTMT ölkələrinin Müdafiə Nazirləri Şurasının iclası zamanı bildirib.

“Ukraynanın nüvə silahı və onların çatdırılması vasitələri yaradacağına dair real təhlükə yaranmışdı”, - deyə Şoyqu vurğulayıb.

O bildirib ki, NATO Ukraynanı Rusiyaya düşmən dövlətə çevirərək, onu Moskvaya təzyiq alətinə çevirib: “Şimali Atlantika Alyansı bizim sərhədlərimizə yaxınlaşdı və döyüş potensialını dəfələrlə artırdı. Ukraynanın NATO-ya qoşulması, ərazisində koalisiya hərbi infrastrukturunun yerləşdirilməsi üçün səylər gücləndirildi və Rusiyaya təzyiq aləti kimi bizə düşmən olan dövlətə çevrildi”.

Şoyqu xatırladıb ki, Ukrayna ərazisində ABŞ-ın hərbi-bioloji proqramında iştirak edən 30-dan çox bioloji laboratoriyadan ibarət şəbəkəsi formalaşdırılıb: “Sənədlərlə təsdiq edilib ki, araşdırmalar gizli şəkildə, beynəlxalq öhdəliklər pozularaq aparılıb. Sərhədlərimizin bilavasitə yaxınlığında faktiki olaraq bioloji silahların komponentləri yaradılıb, epidemioloji vəziyyətin sabitliyini pozmaq üsulları üzərində iş aparılıb".

Şoyqu: Qərb KTMT ölkələri arasında müttəfiqlik münasibətlərini pozmaq istəyir

Rusiya KTMT-dəki müttəfiqlərinə hərtərəfli dəstək verəcək.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu KTMT Müdafiə Nazirləri Şurasının videokonfrans formatında keçirilən iclasında bildirib.

"Qərb ölkələri KTMT dövlətləri arasında müttəfiqlik münasibətlərini pozmaq üçün məqsədyönlü iş aparır. Biz bilirik ki, müttəfiqlərimizə hansı təzyiqlər edilir. Açıq təhdidlər, şantaj, intriqalardan istifadə olunur. Bütün bunlar bizdən daha da çox birlik, daha aktiv və fəaliyyətimizi daha aydın əlaqələndirməyi tələb edir. Rusiya yaranan təhdidlərin neytrallaşdırılması və suverenliyin müdafiəsində müttəfiqlərinə lazımi yardımı göstərməyə davam edəcək”, - deyə Rusiya müdafiə naziri qeyd edib.

.