Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə ölkə üzrə seçicilərin 47,92 faizi iştirak edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.
Parlament seçkilərində "Vahid Rusiya” partiyası liderlik edir. Bülletenlərin 80 faizinin hesablanmasından sonra hakim partiya 54,28% səs toplayıb.
Liberal Demokrat Partiyasına seçicilərin 13,37 , Kommunist partiyasına 13,61, "Ədalətli Rusiya” isə 6,17 faizi səs verib. Digər partiyalar parlamentdə təmsil olmaq üçün minimal 5 faizlik həddi keçə bilməyiblər.
.
