"ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bir sıra ölkələrlə münasibətləri pisləşə bilər. Buna səbəb qurumun Azərbaycana müşahidəçi göndərməkdən imtina etməsidir”.
Yenizaman.az-ın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov deyib.
O bildirib ki, müvafiq qərar büronun bir sıra ölkələrlə münasibətlərinə ciddi təsir edəcək.
Qeyd edək ki, ATƏT DTİHB Azərbaycanda seçkiləri müşahidə etməyəcəyini bəyan edib.
.
