Dənizdən və havadan atılan yüksək dəqiqlikli raketlərlə Ukrayna Silahlı Qüvvələrinin iki iri raket və artilleriya silah anbarı, Mirqorod aerodromunda dörd helikopteri - iki Mi-8 və iki Mi-24 məhv edilib.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

"Gecə saatlarında Sadovoe və Çudnov qəsəbələri ərazilərində yüksək dəqiqliyə malik dəniz və hava bazalı raketlər Ukrayna qoşunlarının iki böyük raket və artilleriya silah anbarını məhv edib. Həmçinin Mirqorod hərbi aerodromunda Ukraynaya məxsus 4 helikopter məhv edilib - iki Mi-24 və iki Mi-8”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov onu da bildirib ki, xüsusi hərbi əməliyyat başlayandan ümumilikdə, Ukraynada 130 təyyarə, 103 helikopter, 244 zenit-raket kompleksi məhv edilib: "Bundan başqa, 447 pilotsuz uçuş aparatı, 2169 tank və digər zirehli döyüş maşını, 243 reaktiv yaylım atəşi sistemi, 931 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2076 ədəd xüsusi təyinatlı hərbi texnika da məhv edilib".

Rusiya hərbçiləri Ukrayna ordusunun daha 700-ə yaxın obyektini vurub

Rusiya hərbçiləri Ukrayna ordusunun daha 700-ə yaxın obyektini vurub.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

Raket qüvvələri və artilleriya düşmənin 693 hədəfini, o cümlədən 676 canlı qüvvə və texnikanın cəmləşdiyi ərazini, 11 komanda məntəqəsini, 5 maddi-texniki təchizat anbarını vurub”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyasının Ukraynanın 46 hərbi obyektini vurduğunu söyləyib.

.