Rusiya Luqanskda Ukraynanın Su-24 təyyarəsini vurub

Rusiya hava hücumundan müdafiə sistemləri Luqansk səmasında Ukraynaya məxsus Su-24 təyyarəsini, həmçinin Xarkov vilayətində İzyum səmasında “Toçka-U” raketini vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

“Rusiyanın hava hücumundan müdafiə sistemləri Luqanskın Nikolaevka yaşayış məntəqəsi üzərində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24 təyyarəsini vurub. Bundan başqa, Rusiyanın hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin İzyum şəhərinin yaşayış məntəqələrinə Ukraynaya məxsus “Toçka-U” ballistik raketinin hücumunu dəf edib", - deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov bildirib ki, Rusiya Quru Qoşunlarının raket qoşunları və artilleriyası Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı gecə ərzində 408 hədəfi vurub: "Nəticədə 18 komanda məntəqəsi və canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 383 ərazi məhv edilib".

Rusiya xüsusi hərbi əməliyyatı başlayandan indiyədək Ukraynanın 300-ə yaxın reaktiv yaylım atəş sistemi məhv edib.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna tərəfinin 142 təyyarə, 111 helikopter, 614 pilotsuz uçuş aparatı, 276 zenit-raket kompleksi, 2623 tank və digər zirehli döyüş texnikası, 299 reaktiv yaylım atəşi sistemi, 1146 səhra artilleriya qurğusu və minaatan , o cümlədən 2431 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edilib”, - Rusiya MN sözçüsü bu gün keçirdiyi brifinqdə qeyd edib.

.