Rusiya hərbi aviasiyası son sutka ərzində Ukraynanın 117 hərbi obyektini vurub.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib

"Son sutka ərzində operativ-taktiki və ordu aviasiyası Ukraynanın 117 hərbi obyektini vurub. Onların arasında altı komanda məntəqəsi, üç reaktiv yaylım atəş sistemi qurğusu, bir S-300 zenit-raket kompleksi, doqquz silah və sursat anbarı, iki yanacaq-sürtkü anbarı, həmçinin Ukrayna Silahlı Qüvvələrin bölmələrinin, millətçi qüvvələrinin 92 dayaq məntəqəsi və hərbi texnikanın cəmləşdiyi ərazi var ”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.

Rusiya Ukraynaya “Kalibr” raketləri ilə zərbələr endirib 

Rusiya Ukrayna silahlı qüvvələrinin hərbi infrastrukturuna “Kalibr” raketləri ilə zərbələr endirib.

Rusiya Müdafiə Nazirliyi raket zərbələrinin endirilməsi anının görüntüsünü yayımlayıb.

"Qara dəniz donanmasının kiçik raket gəmisinin ekipajı Ukrayna silahlı qüvvələrinin hərbi obyektlərinə 4 ədəd "Kalibr" qanadlı raketləri ilə zərbələr endirib. Dəqiq zərbə nəticəsində Jitomir vilayətinin ərazisində Ukraynanın silah və hərbi texnikanın olduğu arsenal məhv edilib”, - nazirlik bildirib.

Ukraynanın cənubuna "Oniks" qanadlı raketləri ilə zərbələr endirilib

Rusiya silahlı qüvvələri Kiyevin qərbində yerləşən Jitomir vilayətində silah-sursat anbarını “Kalibr” raketləri ilə məhv edib.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Martın 25-i gün ərzində “Kalibr” yüksək dəqiqlikli dəniz əsaslı qanadlı raketləri Jitomir vilayətinin Velikie Korovnitsı kəndi yaxınlığındakı sursat və silah anbarını məhv edib”, - deyə Konaşenkov vurğulayıb.

Rusiya MN sözçüsü yüksək dəqiqlikli "Oniks" qanadlı raketləri ilə Ukraynanın cənubundakı Silahlı Qüvvələri qruplaşmasının yanacaqla təmin olunduğu Nikolayev vilayətindəki yanacaq bazasının məhv edildiyini söyləyib.


 

.